UEFA FIFA-nın bu qaydasını rədd etdi

Bu gün, 11:24           
UEFA FIFA-nın bu qaydasını rədd etdi
“2028-ci ildə keçiriləcək Avropa çempionatının (Avro-2028) oyunları zamanı məcburi su fasilələrinin tətbiq edilməsi planlaşdırılmır”.

Bu barədə UEFA-nın rəsmi nümayəndəsi “Telegraph Sport” nəşrinə müsahibəsində məlumat verib.

Matçların 22-ci və 67-ci dəqiqələrində məcburi su fasilələrinin verilməsi hazırda ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026-nın ən əsas yeniliklərindən biri olsa da, Avropa futbolunun ali qurumu FIFA-nın bu addımını təkrarlamaq niyyətində deyil:

“UEFA Çempionlar Liqası və Avro-2028 də daxil olmaqla, gözlənilən turnirlər üçün qaydaları dəyişdirməyi planlaşdırmır. Bu növ fasilələr onsuz da mövcud reqlamentdə nəzərdə tutulub. Avropanın hər hansı bir futbol turnirində su fasiləsinə ehtiyac olub-olmaması tamamilə fərdi qaydada, hava şəraitinə uyğun olaraq müəyyən edilir.

Belə hallarda UEFA nümayəndəsi oyundan əvvəl temperaturu ölçür. Sərinləşmək üçün məcburi fasilələr yalnız müəyyən edilmiş hədd aşıldıqda – rütubətli termometrlə 32°C və ya ümumi temperatur 35°C olduqda tətbiq edilir. Daha aşağı temperaturda isə hər hansı digər su fasiləsinin verilməsi müstəsna olaraq qarşılaşmanın baş hakiminin ixtiyarına buraxılır”.

Xatırladaq ki, Avro-2028 Böyük Britaniya və İrlandiyada baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru