Bakıda turistə 1270 manat hesab gəldi – VİDEO

Bu gün, 20:15           
Bakıda turistə 1270 manat hesab gəldi – VİDEO
Paytaxtın əyləncə məkanlarında müştərilərin, xüsusilə də xarici vətəndaşların aldadılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

TEREF Milli.az-a istinadən xəbər verir ki, “aveadelli” ləqəbli bloger Bakıda başına gələnlərdən danışıb.

Onun iddiasına, gecə klubunda vaxtını keçirən xarici turistə xidmətin sonunda təqdim olunan hesab gözləniləndən dəfələrlə yüksək olub. Belə ki, standart sifarişlərdən ibarət menyu üçün əcnəbi qonaqdan 1270 manat ödəniş tələb edilib.

Mütəxəssislərin fikrincə, yerli müştərilər bu kimi hallara qarşı daha ehtiyatlı davrandıqları üçün bəzi obyektlərdə əsas hədəf kimi xarici turistlər seçilir. Qiymətlər və yerli qaydalar barədə kifayət qədər məlumatlı olmayan qonaqlara yüksək məbləğlərin təqdim edilməsi isə narazılıqlara səbəb olur.

Belə hallar ölkənin turizm nüfuzuna mənfi təsir göstərir və xarici qonaqlarda xoşagəlməz təəssürat yaradır. Onların sözlərinə görə, istehlakçı hüquqlarının qorunması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə şəffaflığın artırılması vacibdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru