Manuel Noyerdən tarixi rekord

21-06-2026, 10:34           
Manuel Noyerdən tarixi rekord
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında keçirdiyi oyunların sayına görə qapıçılar arasında rekorda imza atıb.

TASS xəbər verir ki, o, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d`İvuar millisinə qarşı keçirilən oyunda meydana çıxıb.

Bu görüş Noyer üçün dünya çempionatlarındakı 21-ci matç olub. Bununla da o, daha əvvəl Uqo Lyorisa məxsus olan rekordu təkrarlayıb.

40 yaşlı qapıçı 2011-ci ildən "Bayern Munich" klubunun formasını geyinir. O, klubla birlikdə 13 dəfə Almaniya çempionu, 7 dəfə Almaniya Superkubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. Bundan əlavə, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi adını qazanıb.

Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu ildə isə mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru