Bakıda işə gedən qadının öldürülməsi barədə RƏSMİ AÇIQLAMA

26-07-2021, 11:39           
Bakıda işə gedən qadının öldürülməsi barədə RƏSMİ AÇIQLAMA
Xəzər Rayon Prokurorluğu Binə qəsəbəsində baş verən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan Publika.az-a daxil olan məlumatda qeyd edilir ki, iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün 32 yaşlı qadın Binə qəsəbəsində uişlədi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru