Üzeyir Hacıbəyov Stalinə məktubunda nə yazmışdı MƏTN

9-05-2015, 21:50           
Üzeyir Hacıbəyov Stalinə məktubunda nə yazmışdı MƏTN
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Böyük Vətən Müharibəsi illərində SSRİ Dövlət Müdafiə Komitəsinin rəhbəri İosif Stalinə yazdığı məktub ortaya çıxıb.

Dahi bəstəkarın Ali Baş Komandana yazdığı məktuba İosif Stalin də cavab verib.

Həmin yazışmaların mətnini təqdim edirik:

“Əziz İosif Vissarionoviç! Vətənpərvər hisslərim və faşist işğalçılarının darmadağın olunmasına doğma Qızıl Ordumuza əlimdən gələn köməyi etmək kimi sarsılmaz istəyim ilə yanaraq mən Dövlət Bankına şəxsi əmanətlərimdən “Azərbaycan İncəsənəti” tank dəstəsinin istehsalı üçün 25.000 rubl köçürmüşəm. Qoy ölkəmizin incəsənət işçilərinin vəsaitlərinə istehsal olunmuş tanklar, xalqımızın vəsaitinə hazırlanmış minlərlə digər tanklarla birgə Sizin dahi rəhbərliyiniz altında mənfur düşmənə sarsıdıcı zərbəni vursunlar.
Bəstəkar Üzeyir Hacıbəyov”

Bu da Ali Baş Komandanın dahi bəstəkara cavab məktubu: “Qızıl ordunun zirehrli qüvvələrinə göstərdiyiniz qayğıya görə sizə təşəkkür edirəm, yoldaş Hacıbəyov. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin. – İosif Stalin”.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru