Cəbhədə vurulan erməni kimdir?

9-05-2015, 22:43           
Cəbhədə vurulan erməni kimdir?
Arutyun Qəmbəryan Ermənistan polis rəisinin müavininin oğludur
Ötən gün Qarabağda öldürülən erməni əsgərlə bağlı yeni məlumatlar yayılıb. Erməni mənbələrinin verdiyi məlumata görə, işğal edilmiş Dağlıq Qarabağda öldürülən 1995-ci il təvəllüdlü Arutyun Qrayroviç Qəmbəryan Ermənistan polis rəisinin müavininin oğludur.

News.am agentliyinin verdiyi xəbərə görə, Arutyun Qrayroviç Qəmbəryan Ermənistan polis rəisinin müavini Anubax Qəmbəryanın əmisi oğludur.

Qeyd edək ki, mayın 8-də saat 15:10 radələrində Dağlıq Qarabağda 1995-ci il təvəllüdlü əsgər Arutyun Qrayroviç Qəmbəryan döyüş postunda olarkən aldığı güllə yarasından ölüb. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Analitik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]