Müəllimə tələbələri ilə cinsi əlaqəyə girməkdə ittiham olundu

9-05-2015, 22:50           
Müəllimə tələbələri ilə cinsi əlaqəyə girməkdə ittiham olundu
Aşley Hall 700 min dollar girov müqabilində hələlik azadlıqdadır
ABŞ-ın Alabama ştatında bir ingilis dili müəlliməsi şagirdləri ilə cinsi əlaqəyə girməkdə günahlandırılır. Məlumata görə, Opp Liseyində çalışan Aşley Hallın 19 yaşından balaca şagirdləri ilə cinsi əlaqəyə girdiyi iddia edilir. Alabama ştatında qanunlara görə yetkinlik yaşına çatma 19 yaş sayılır.


Faktla bağlı istintaq başlanılıb. Həbs edilən 33 yaşlı Hall istintaq zamanı girov müqabilində azadlığa çıxıb. 700 min dollar girov müqabilində hələlik azadlıqda olan Hall bu ilin əvvəlindən bu yana Alabamanın Opp diyarında yeniyetmələrlə cinsi əlaqəyə girən beşinci qadındır.


Opp diyarı bu il indiyə qədər Tiffany Ann Blair (35), Kristina L. Burroughs (30), Mandi Brianna Harrison (25) və Chelsea Alexandria Calhoun (20) bənzər ittihamlarla qarşı-qarşıya qalmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]