3 it 40 yaşlı kişini parçalayıb öldürdü, iki nəfər ağır yaralandı - Masallıda dəhşət

25-02-2023, 00:04           
3 it 40 yaşlı kişini parçalayıb öldürdü, iki nəfər ağır yaralandı -
Masallıda 3 itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.

Teref.Az bildirir ki, bu barədə Qaynarinfo-ya rayonun Viləş kəndindən məlumat verilib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan 3 it ona hücum edib. Yaxınlıqda Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər 3 it Ceyhunu parçalayıb.

Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyib: "İtlər onu elə parçalamışdı ki, bağırsaqları bayırda idi. Apardılar xəstəxanaya, elə oradaca dünyasını dəyişib”.

Ceyhuna köməyə gələn iki nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru