Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır? VİDEO

Bu gün, 00:04           
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?  VİDEO
Həyət hər tərəfdən hasarlanıb, gediş -gəliş çətinləşib.. bir hissəsində tikinti gedir…bir hissəsində isə yaşayır var.

XALQ xəbər verir ki, görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 43 ünvanındandır.
Sakinlər iddia edirlər ki, tikinti işlərini icra edən “Qlobal-99 MTK” həyətə girişi məhdudlaşdırıb. ərazidə olan 8 evin sakinləri köçürülsə də, 4 ailə ilə tikinti şirkəti arasında razılıq əldə olunmadığından onlar ünvanda yaşamağa davam edirlər. MTK isə ərazinin bir hissəsində tikinti işlərini aparır.
“Qlobal-99″MTK-dan sorğumuza cavab olaraq bildirildi ki,inşaat işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunur,hasara alınan ərazi isə şirkətin xüsusi mülkiyyətidir. Ərazidə çoxmərtəbəli yaşayış binasınin bünövrəsi qoyulur. Sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Qalan 4 ailənin isə 52 kvadratmetrlik mənzil əvəzinə 88 kvadratmetrlik mənzil tələb etməsi səbəbindən məsələ hazırda məhkəmə müstəvisindədir.
Xəzər TV













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru