ABŞ-nin xaricdəki biolaboratoriyaları maliyyələşdirdiyinə dair sübutlar açıqlanıb

Bu gün, 12:24           
ABŞ-nin xaricdəki biolaboratoriyaları maliyyələşdirdiyinə dair sübutlar açıqlanıb
ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi Birləşmiş Ştatların 30-dan çox ölkədə 120-dən çox biolaboratoriyanı maliyyələşdirdiyinə dair sübutlar açıqlayıb.

Oxu.Az xəbər verir ki, müvafiq sənəd iyunun 12-də ofisin rəsmi saytında dərc edilib.

"Kəşfiyyat qrupunun arxivləri və sənədlərinin bir neçə ay davam edən araşdırmasından sonra milli kəşfiyyatın direktoru Tulsi Qabbard ABŞ hökuməti tərəfindən 30-dan çox ölkədə 120-dən çox biolaboratoriyanın uzunmüddətli maliyyələşdirilməsinə dair yeni sübutları ortaya çıxarır", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, ABŞ hakimiyyəti digər ölkələrdə, o cümlədən Ukraynada Vaşinqton tərəfindən maliyyələşdirilən laboratoriyaların mövcudluğu barədə məlumatları amerikalılardan qəsdən gizlədib. Dərc olunmuş məlumatlara əsasən, həmin laboratoriyaların bir çoxu təhlükəli və yüksək yoluxucu patogenlərdən istifadə etməklə tədqiqatlarla məşğul olub. Bununla yanaşı, bəzi hallarda tədqiqatlar demək olar ki, heç bir nəzarət və təftiş olmadan aparılıb.

"Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) bu laboratoriyaların harada yerləşdiyini və hansı patogenləri saxladığını müəyyənləşdirmək, həmçinin təhlükəli tədqiqatlara son qoymaq üçün hökumətdəki tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirəcək", - deyə T.Qabbard vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru