İran hakerləri DÇ-2026-nı hədəfə ald

Bu gün, 09:44           
İran hakerləri DÇ-2026-nı hədəfə ald
DÇ-2026 davam etdiyi vaxtda mundialın təhlükəsizliyi ilə bağlı narahatedici iddia yayılıb.

Teleqraf "Lequipe" nəşrinə istinadla xəbər verir ki, “Handala” adlı İranla əlaqəli haker qrupu FTB-yə məxsus dron sistemlərinə müdaxilə etdiyini iddia edib.

Məlumata görə, qrup dünya çempionatında iştirak edən komandaların avtobuslarını hədəfə ala biləcəkləri ilə bağlı təhdid xarakterli açıqlama yayıb. ABŞ Dövlət Departamenti isə haker qrupunun üzvlərinin kimliyinin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə artıq iki oyun baş tutub. Meksika Cənubi Afrikanı 2:0, Cənubi Koreya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

Mundial iyulun 19-da keçiriləcək final qarşılaşması ilə başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru