Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO

Bu gün, 10:38           
Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
Baku TV-də bir neçə gün əvvəl Abşeron rayonunun Məmmədli qəsəbəsində gölün səviyyəsinin qalxması nəticəsində fərdi yaşayış evlərinin və küçələrin su altında qalması ilə bağlı süjet yayımlanmışdı.

Çəkiliş qrupu yenidən əraziyə baş çəkib. Müşahidələr göstərib ki, vəziyyət hələ də dəyişməyib.

"Həkimə gedə bilmirəm. Çox pis vəziyyətdəyik, dözülməz şəraitdə yaşayırıq", - deyə sakinlərdən biri bildirib.

"Qurbağaların, ilanların əlindən evimizdən çölə çıxa bilmirik. Heç kim maraqlanmır, şikayətlərimizə baxan yoxdur", - deyə başqa bir sakin qeyd edib.

Sakinlər problemin qısa müddətdə həll olunmasını və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru