Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın səhhəti necədir?- “Çox yorulub, həyatı təhlükəsi...”-AÇIQLAMA

Bu gün, 00:12           
Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın səhhəti necədir?- “Çox yorulub, həyatı təhlükəsi...”-AÇIQLAMA
Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb. Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.

Rejissor Nigar Məcidova Moderator.az-a açıqlamasında sənətkarın həyatı təhlükəsinin olmadığını bildirib:


“Flora xanımın səhhəti yaxşılığa doğru gedir. Bu gün yanında idim. Qızı Zümrüd xanım yanında qalır. Sabah Flora xanım özü dövlətimizə öz təşəkkürünü bildirəcək.

Flora xanım bu qayğıya görə çox şaddır. Son aylar Flora xanım bağda yaşayırdı. Təbiətlə təmasda olurdu, dincəlmək istəyirdi. Bu o demək deyil ki, Flora xanımın səhhətində ciddi problem var idi. O sadəcə yorulmuşdu. O qədər çıxışlar edirdi, efirlərə gedirdi ki.. O elə insandır ki, nəyisə demək istəyirdisə deyirdi, hansı efirə getmək lazım idisə gedirdi.. Onu heç kim məcbur edə bilməzdi” deyə Nigar xanım bildirib.


Qeyd edək ki, Nigar Cəlilova Xalq artisti haqda çəkilən “Flora” filminin rejissorudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru