Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su tökən şəxs: “Yeraltı təkanlar səbəb oldu” - FOTO

25-02-2023, 12:44           
Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su tökən şəxs:
Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.

Belə ki, 25 yaşlı Alev Altun doqquz il evli olduğu və doqquz ay əvvəl boşandığı Savaş Altunun evinin zəlzələyə daha dayanıqlı olduğunu düşündüyü üçün dörd və iki yaşlı uşaqları ilə onun evində qalmağa qərar verib.

O yatdığı zaman keçmiş əri onun üzərinə qaynar su töküb. Ağrıdan oyanan qadın uşaqlarını da götürüb atasının evinə qaçıb. O, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə olunur. Hadisəni törədən Savaş Altun polis nəzarətinə alınıb.

O, ifadəsində deyib ki, əlində olan qaynar su yeraltı təkanlar nəticəsində qadının üstünə tökülüb. S.Altun məhkəmə zalında həbs edilib.



Mənbə: DHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru