Səbuhi Məmmədlinin digər ayağının da amputasiyasına qərar verildi 25-09-2023, 20:06 Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşib.Bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.Bildirilib ki, jurnalistin sağlıq durumda gedən proseslər onun digər ayağının da amputasiyasına zərurət yaradıb. Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir. Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır. Facebook-da paylaş