“Telegram” qadağan edilsin: Prezidentin saytında sorğu yerləşdirildi

8-12-2023, 18:08           
“Telegram” qadağan edilsin:
Vladimir Zelenskinin ofisinin saytında Ukraynada “Telegram” tətbiqinin qadağan edilməsi tələbi ilə petisiya yaranıb.

Bu barədə Ukrayna mətbuatı məlumat verib.

Sənəd müəllifinin sözlərinə görə, milli təhlükəsizliyə təhlükə Telegram kanallarının köməyi ilə yaradılır.

24 saat ərzində sənədi cəmisi 387 nəfər imzalayıb. Tələb olunan imza isə 25 mindir.

Ümumilikdə imzaların toplanması 90 gün davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru