Nazir baş həkimi işdən çıxartdı

8-09-2016, 01:04           
Nazir baş həkimi işdən çıxartdı
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Report xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmirinə əsasan rayon mərkəzi xəstəxanasının baş həkimi Abbasov Novruz Əşrəf oğlu tutdugu vəzifədən azad edilib.

Baş həkim vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, N.Abbasov bu vəzifəyə 2012-ci ildə təyin edilib. O, bu vəzifəyə qədər Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru