Berlində HƏMAS-ın üzvü olan 3 nəfər saxlanıldı

2-10-2025, 07:44           
Berlində HƏMAS-ın üzvü olan 3 nəfər saxlanıldı
Berlində HƏMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan 3 nəfər saxlanılıb.

Referans xəbər verir ki, bu barədə Federal Baş Prokurorluğu məlumat yayıb.

Şübhəlilərin HƏMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat topladıqları, yəhudi və İsrail obyektlərinə hücumlar planlaşdırmaq niyyətində olduqları bildirilib.

Saxlanılanlar bunlardır: 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan alman vətəndaşı.

Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanaraq götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]