Alyaskada "gombul" ayı həftəsi - Ən kök ayı seçildi

2-10-2025, 10:58           
Alyaskada "gombul" ayı həftəsi - Ən kök ayı seçildi
Alyaskada ən kök ayı seçilib. Qalib "32 Chunk" adlı ayıdır.

Bu barədə məlumatı "The Guardian" nəşri yayıb.

İctimai səsvermədən sonra Katmay Milli Parkı və Qoruğu "ən kök ayı həftəsi"nin qalibini elan edib. "32 Chunk" mövsümün böyük hissəsini çənəsinin zədələnməsindən əziyyət çəkərək keçirsə də, müsabiqədə qalib gəlib.

Ayının böyük miqdarda qızılbalıq yeməsi və zədəsinə baxmayaraq, çəki artırmaq qabiliyyəti ona qalib gəlməyə imkan verib. Katmay Parkının gözətçisi Eşli Monakonun sözlərinə görə, ayı nə qədər kök olarsa, qış yuxusundan sağ çıxmaq şansı da bir o qədər yüksək olur.

Qeyd edək ki, "32 Chunk" son iki ildə Katmayın ən kök ayısı titulunu daşıyan "128 Grazer"i taxtdan salıb.

Katmay Milli Parkında hər il keçirilən "Kök ayı həftəsi" müsabiqəsi bu il 23-30 sentyabr tarixlərində baş tutub. 12 qonur ayı "ən kök heyvan" adı uğrunda mübarizə aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]