Polşada naməlum PUA qalıqları TAPILDI

6-10-2025, 10:34           
Polşada naməlum PUA qalıqları TAPILDI
Polşanın şimal-şərqində yerləşən Zaremby Varxoly kəndində pilotsuz uçuş aparatına (PUA) bənzər obyektin qalıqları tapılıb.
Bu barədə Mazovetski polis idarəsi sosial şəbəkə “X”də məlumat yayıb.

“Hazırda Zaremby Varxoly kəndində naməlum hava obyektinin aşkarlandığı ərazidə araşdırma aparılır”, – açıqlamada qeyd olunub.

Məlumata görə, qalıqların yaxınlığında yerləşən binalar yaşayışsızdır. Obyekti oktyabrın 4-ü axşam saatlarında bir kənd sakini aşkarlayıb.

Hadisənin təfərrüatları və obyektin mənşəyi ilə bağlı araşdırma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]