Ermənistan hərbçiləri qəzaya düşdü, yeddi nəfər yaralandı 8-10-2025, 09:44 Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.Məlumata görə, qəza Mehri-Sisian avtomobil yolunda baş verib.Hadisə nəticəsində altı hərbi qulluqçu və bir tibb bacısı xəsarət alıb. Hərbi qulluqçulardan birinin vəziyyəti ağırdır.Təfərrüatlar açıqlanmır.Qəzanın başvermə səbəbi məlum deyil. Facebook-da paylaş