Azərbaycanda məmurun tutdurduğu iş adamı həbsdə öldü

8-10-2025, 00:04           
Azərbaycanda məmurun tutdurduğu iş adamı həbsdə öldü
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan iş adamı Vahid Xələfov vəfat edib.
TEREF Teleqraf-a istinadən xəbər verir ki, o, oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilmişdi.

Məhkəmə iş üzrə zərərçəmiş tərəf olaraq Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovu tanımışdı.

Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

O, "XP inşaat", "EDM Qrup" və digər bir neçə şirkətin sahibi idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]