Gəncədə qətlə yetirilən məktəbli polkovnik-leytenantın oğlu imiş - Şübhəli bilinən təslim oldu

9-10-2025, 08:34           
Gəncədə qətlə yetirilən məktəbli polkovnik-leytenantın oğlu imiş -
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
“Qafqazinfo”nun məlumatına görə, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.

Polkovnik-leytenant R. Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.

2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]