Çində qadın yeddi qurbağa yedi, xəstəxanalıq oldu

9-10-2025, 17:54           
Çində qadın yeddi qurbağa yedi, xəstəxanalıq oldu
Çində bel ağrısını diri qurbağa yeməklə - xalq təbabəti sayılan metodla - müalicə etmək istəyən 82 yaşlı qadın xəstəxanalıq olub.

Bu barədə "South China Morning Post" yazıb.

Uzun müddət fəqərəarası disk yırtığından əziyyət çəkən Cjan soyadlı pensiyaçı qadın bu qeyri-adi müalicə metodunun onun probleminin həllinə kömək edəcəyini eşidib. Bunun üçün oğlundan onun üçün qurbağa tutmasını xahiş edib, lakin ona canlını diri-diri yeyəcəyini deməyib.

Oğlu anasına insan ovucundan kiçik ölçüdə yeddi qurbağa gətirib. Qadın dərhal onların üçünü yeyib, ertəsi gün isə qalanlarını həzm-rabedən keçirib. Bundan bir gün sonra isə şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Müayinə qadının orqanizmində parazitlərin qaynaşdığını göstərib.

Çjanı müalicə edən həkim U Çjunven bildirib ki, belə hallar ölkədə tez-tez baş verir: "Son illərdə bizə müraciət edən xalq təbabəti həvəskarlarının sayı artıb. İnsanlar təkcə diri qurbağa ilə müalicə olunmur, çiy ilan və balıq ödündən istifadə edir, qurbağaları dərilərinə qoyurlar. Belə pasiyentlərin çoxu ahıllardır. Onlar həkimə vəziyyətləri lap ağır olanda müraciət edirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]