HEYRƏTAMİZ: Dünyanın ən quraq səhrasında çiçəklər açıb
9-10-2025, 16:46
Cənub yarımkürəsində sentyabrdan noyabra qədər olan dövr yaz hesab olunur, ona görə də bu quraq bölgədə bitki örtüyünün yaranması fəsillərin dəyişməsi ilə bağlıdır.
Bununla belə, hətta bu müddət ərzində Atakamada çiçəklənmə nadir bir hadisədir. Bu, yalnız bir neçə ildə bir dəfə yağış çox yağdıqda baş verir.
“Cebheinfo.az” xəbər verir ki, Çilidəki Andres Bello Universitetinin bioloqları sərt səhra iqliminə davamlı, sentyabrın sonu və oktyabrın əvvəlində səhra səthini örtən bənövşəyi çiçəkli bitkini müşahidə ediblər. Onlar fərz edirlər ki, yerli "guanako dırnaq" kimi tanınan bu çiçəyin genetik kodu (guanako lamayabənzər məməli heyvandır) qlobal istiləşmə şəraitində quraqlığa davamlı məhsullar yetişdirmək üçün açar ola bilər. Alimlər hazırda bu fərziyyəni sınaqdan keçirirlər.
2025-ci ilin iyun ayında Atakama onilliklər ərzində ilk dəfə qarla örtülüb. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi bu qeyri-adi hadisələrin səbəblərindən biridir.