Hindistan qoruğunda adamyeyən pələnglər dolaşırlar
10-10-2025, 16:44
Hindistanın "Valmiki" qoruğunda son üç gündə iki bədbəxt hadisə baş verib. Pələnglər iki kişini parçalayıblar.
Bu barədə "Times of India" məlumat verib.
Yırtıcıların ilk qurbanı 61 yaşlı fermer Kişuni Mahto olub. Oktyabrın 1-də dağ çayından keçən yolla evə qayıdan fermerə pələng hücum edib. Kişinin qalıqları dörd saat axtarışdan sonra meşənin dərinliklərində tapılıb.
İkinci qurban 41 yaşlı Bhadjan Manci olub. Oktyabrın 3-də o da qoruğa mal otarmağa gedib. Pələng ona çay sahilində hücum edərək yerindəcə parçalayıb. Kişiləri eyni pələngin, yaxud ayrı-ayrı pələnglərin parçaladığı hələlik bəlli deyil.