ABŞ-də müdafiə şirkətinin zavodunda güclü partlayış - ölənlər var FOTO/VİDEO

11-10-2025, 09:44           
ABŞ-də müdafiə şirkətinin zavodunda güclü partlayış - ölənlər var  FOTO/VİDEO
ABŞ-nin Tennessi ştatında yerli müdafiə şirkəti "Accurate Energetic Systems"ə məxsus partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Bu barədə Teref.net halktv-yə istinadən məlumat verir.

Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb. Dəqiq say müəyyənləşdirilir.

Hikman dairəsinin şerifinin ofisi partlayışı təsdiqləyib. Məlumata görə, zavod Baksnort rayonunda yerləşir.

Hazırda Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində fəsadların aradan qaldırılması üçün çalışır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]