Çində "ağıllı" sistem qapıları bağlayandan sonra sürücü Xiaomi elektrik avtomobilində diri-diri yanıb
14-10-2025, 12:24
Qəzadan sonra SU7 elektrik avtomobili alovlanıb. İnsanlar kişini çıxarmağa çalışsalar da, heç bir faydası olmayıb. Elektrik kəsiləndən sonra qapıları açmaq mümkün olmayıb. İstifadəçilər hazırda Xiaomi-nin avtomobil sənayesinə girərkən böyük ümidlər bəslədiyi flaqman modeli olan SU7-də qapı kilidləmə sistemini kütləvi şəkildə tənqid edirlər. Bloomberg-in məlumatına görə, faciədən sonra şirkətin səhmləri demək olar ki, 9% ucuzlaşıb.