Qara dənizdə yük gəmisi batıb

14-10-2025, 08:06           
Qara dənizdə yük gəmisi batıb
Qara dənizinin Bolqarıstan akvatoriyasında Kamerun bayrağı altında üzən yük gəmisi batıb.

TEREF Gordonua.com-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

İnsident Varna şəhərinin sahillərindən 260 km aralıda baş verib. Bildirilir ki, xilasedicilər "Eileen" gəmisindən 10 ukraynalı dənizçini xilas ediblər.

Xilasetmə əməliyyatına helikopter və Türkiyənin "Murat Ilhan" gəmisi cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru