Məktəbdə 11-ci sinif şagirdi döyüldü: "Yerdə qanın içində idi" VİDEO

14-10-2025, 12:18           
Məktəbdə 11-ci sinif şagirdi döyüldü: "Yerdə qanın içində idi"  VİDEO
Tərtərin Seyidimli kənd məktəbində 11-ci sinif şagirdi döyülüb.

Zərərçəkən məktəblinin yaxınlarının sözlərinə görə yeniyetməyə bir müddət əvvəl mübahisə etdiyi şagirdin atası xəsarət yetirib.

"Atam gəldi məktəbə, qardaşımın başına, hər tərəfinə zərbələr endirdi. Qardaşım yerdə qanın içində idi", - deyə döyülən şagirdin bacısı bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı oktyabrın 13-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahları alınıb və müvafiq ekspertiza tətbiq olunub. Hazırda rayon polis şöbəsinin tədqiqat bölməsində araşdırma davam etdirilir.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]