İspaniyada mənzildə 15 il öncə ölmüş şəxsin cəsədi aşkarlandı

14-10-2025, 16:08           
İspaniyada mənzildə 15 il öncə ölmüş şəxsin cəsədi aşkarlandı
İspaniyanın Valensiya şəhərindəki mənzildə kişi meyiti tapılıb. Meyitin təxminən 15 il mənzildə qaldığı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Levante-EMV" məlumat yayıb.

Qonşular uzun illər yerli sakindən xəbər ala bilməyiblər. Bəziləri onun qocalar evinə yerləşdirildiyini, bəziləri isə qohumlarının onu evə apardığını düşünüblər. Cəsəd təsadüfən tapılıb. Son bir neçə gün ərzində yağan yağışlar səbəbindən ərazini su basıb və mərhumun mənzilinə sızmağa başlayıb. Mənzildən çıxan su qara və üfunət qoxulu olduğundan qonşuları narahat edib və onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Yanğınsöndürənlər yataq otağının döşəməsində paltarlı kişi skeleti aşkar ediblər. Polisin ilkin məlumatına görə, o, təbii səbəblərdən ölüb. 1939-cu ildə anadan olan mərhumun keçmiş həyat yoldaşı və iki övladı ilə əlaqəsi olmayıb.

Bu illər ərzində kişinin kommunal xidmətlərə 11 000 avro borcu yığılıb. Lakin bu borc onun yaşa görə pensiyası hesabına ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]