Efiopiyada qatar FACİƏSİ - 15 ölü

22-10-2025, 11:44           
Efiopiyada qatar FACİƏSİ - 15 ölü
Efiopiyanın şərqində qatarın toqquşması nəticəsində 15 nəfər həlak olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyanın Cibuti ilə sərhədindəki Dewele şəhərindən Dire Dava şəhərinə gedən sərnişin qatarı qəzaya uğrayıb.
Məlumata görə, qatar Şinile şəhəri yaxınlığında relsdən çıxıb və digər hərəkətsiz qatarla toqquşub.
Dire Dawa qəsəbə rəsmiləri qəzada 15 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.
Hadisənin görüntülərində bəzi vaqonların aşdığı, digərlərinin isə əzildiyi görünür.(manşet.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]