Fransada 24 yaşlı qadın 1.5 milyon avroluq oğurluqda ittiham olunur

22-10-2025, 16:14           
Fransada 24 yaşlı qadın 1.5 milyon avroluq oğurluqda ittiham olunur
"Fransada 24 yaşlı Çin vətəndaşı Parisdəki Milli Təbiət Tarixi Muzeyindən (MNHN) qızıl külçələrin oğurlanmasında ittiham olunub".

"France Info" xəbər verir ki, bunu Parisin prokuroru Lor Beko deyib.

Onun sözlərinə görə, qara rəngli geyimli qadın sentyabr 16-da gecə vaxtı muzeyə daxil olub. Oğru mişar vasitəsilə qapıda A4 vərəqindən bir qədər böyük deşik açıb.

Cinayətkar içəri sürünərək külçələrin olduğu vitrinə çata bilib. O, vitrini lehimləmə lampası ilə sındırıb və altı kiloqram qızılla muzeyi tərk edib.

Qızılların dəyəri 1.5 milyon avro həcmində qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]