Misirdə turist 4000 illik piramidanın içərisinə düşdü
22-10-2025, 17:23
İspaniyalı turist Misirdə Firon Snofreyin piramidasının içərisinə düşüb.
Oxu.Az bu barədə "Gulf News"a istinadən xəbər verir.
Qadın sürüşərək təxminən 80 metr hündürlükdən yıxılıb və ehtimal ki, ayağı sınıb.
Zərərçəkənə ilkin tibbi yardım piramidanın daxilində göstərilib. Xilasedicilər qadını piramidanın içərisindən çıxarmaq üçün bir neçə saat sərf ediblər.