Ukrayna PUA-ları Dağıstana zərbə endirdi

22-10-2025, 10:42           
Ukrayna PUA-ları Dağıstana zərbə endirdi
Ukrayna Silahlı Qüvvələrinin dronları (pilotsuz uçuş aparatları - PUA) Dağıstana zərbə endirib, hücum baş verən ərazidəki müəssisələrdən biri əsas hədəf olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə respublika rəhbəri Sergey Melikov öz "Telegram" kanalında yazıb.

"Bu gün Dağıstan ərazisində PUA hücumu həyata keçirilib. Onların hədəfi respublikanın müəssisələrindən biri olub", - deyə Melikov bildirib.

O əlavə edib ki, hazırda ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Dağıntılara dair məlumatlar dəqiqləşdirilir.

İlkin xəbərə görə, Mahaçqala səmasında iki PUA müşahidə edilib. Onlardan biri hədəf seçilmiş müəssisənin üzərində partlayıb, digəri isə tikilməkdə olan və içərisində kimsənin olmadığı ticarət mərkəzinə çırpılıb.

Yerli əhali avtomatlardan atəş açaraq dronları vurmağa cəhd edib. PUA-ların qəlpələri avtomobillərə ziyan vurub. Hadisə baş verdiyi ərazi mühasirəyə alınıb, xilasedicilər işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]