Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi

24-10-2025, 08:34           
Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi
ABŞ-da bir kişi törətmədiyi cinayətə görə 43 il həbsxanada yatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "LADbible" məlumat yayıb.

43 il əvvəl 64 yaşlı Subrahmanyam Vedam keçmiş otaq yoldaşı, 19 yaşlı Tom Kinserin qətlinə görə həbs edilib. Tələbənin güllə yarası almış cəsədi itkin düşdükdən 9 ay sonra tapılıb və Vedam əsas şübhəli hesab edilib. O, şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum olunub.

On illər sonra onun təqsirsizliyi sübuta yetirilib və 2022-ci ildə bəraət alıb. Lakin azadlığa çıxdıqdan sonra ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri tərəfindən saxlanıldığı üçün ailəsi ilə görüşməyə belə vaxtı olmayıb.

İndi Vedamın doqquz aylıq olarkən ABŞ-a gəldiyi Hindistana deportasiya edilməsi planlaşdırılır. ICE sözçüsü bildirib ki, Vedam agentlik onun deportasiyasını təşkil edənə qədər həbsdə saxlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]