Britaniyada gənci milçək dişlədi, iki həftə sonra komaya düşərək öldü

24-10-2025, 17:24           
Britaniyada gənci milçək dişlədi, iki həftə sonra komaya düşərək öldü
Böyük Britaniyanın Nortamberlend bölgəsində ferma işçisi Endryu Keyn adi at milçəyinin dişləməsi nəticəsində həyatını itirib.

"Daily Star" nəşri xəbər verir ki, həkimlər əvvəlcə britaniyalı kişiyə antibiotiklər təyin ediblər və onun vəziyyəti qənaətbəxş olub.

Təxminən iki həftə sonra Endryu dostları ilə görüşərkən qəfildən huşunu itirib və təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlər ona septik şok diaqnozu qoyublar. Bir neçə həftə komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb.

"Heç kim milçək dişləməsinin belə bir faciəyə səbəb olacağını təsəvvür edə bilməzdi", - deyə mərhumun anası bildirib.

Endryu fermer ailəsində böyüyüb. O, rəssam və dekorator ixtisası üzrə təhsil alıb. Anasının sözlərinə görə, oğlu hətta ağır vəziyyətdə olarkən belə tibb işçilərinə qayğı göstərib və onlara hədiyyə almaq istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]