Şərq şadlıq sarayında faciə:Ofisiant intihar edib?

25-10-2025, 00:05           
Şərq şadlıq sarayında faciə:Ofisiant intihar edib?
Ötən gün Bakıda 19 yaşlı oğlanın meyiti aşkarlanıb

TEREF yazr ki, hadisə “Şərq Saray” şadlıq sarayında qeydə alınıb.

Mərhum Nurlan Əliyevin vəfat edənə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant işlədiyi bildirilir. Hadisə də iş yerində qeydə alınıb, onun meyiti asılmış vəziyyətdə aşkarlanıb.

“Şərq Saray”dan saytımıza bildirildi ki, hadisənin adıçəkilən sarayda baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu, son günlərdə eyni restoranda baş verən ikinci hadisədir. Elə bu ayın əvvəli də orada 36 yaşlı kişi pilləkənlərdən yıxılıb ölmüşdü.Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]