Naməlum şəxs Pentaqona 130 milyon dollar ianə edib

25-10-2025, 12:44           
Naməlum şəxs Pentaqona 130 milyon dollar ianə edib
ABŞ-nin Müharibə Nazirliyi (keçmiş Müdafiə Nazirliyi - red.) ölkə hökumətinin bağlanması (şatdaun) zamanı işçilərə kompensasiya ödəmək üçün 130 milyon dollarlıq anonim ianə alıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Vəsaitin maaşlar və müavinətləri ödəmək üçün istifadə olunacağı aydınlaşdırılıb.

"Bloomberg" hesab edir ki, bu məbləğ aktiv xidmətdə olan 1.3 milyon hərbçi üçün təxmin edilən xərclərin yalnız kiçik bir hissəsini ödəyəcək. Məsələn, ötən ay Pentaqon işçilərin maaşlarına təxminən 9.8 milyard dollar xərcləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]