Şimali Karolinada baş verən atışmada iki nəfər ölüb, 11 nəfər yaralanıb

26-10-2025, 10:44           
Şimali Karolinada baş verən atışmada iki nəfər ölüb, 11 nəfər yaralanıb
ABŞ-nin Şimali Karolina ştatının Makston şəhəri yaxınlığında baş verən atışmada ən azı iki nəfər həlak olub.

"Report"un "ABC News"a istinadən məlumatına görə, bu barədə Robeson Şerif Ofisi məlumat yayıb.

"On üç nəfər güllə yarası alıb, onlardan ikisi ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır", - deyə açıqlamada bildirilib.

Atışma 150-dən çox insanın iştirak etdiyi böyük məclisdə baş verib. Yerli hakimiyyət orqanları istintaqın aparıldığını və sakinlər üçün heç bir təhlükə olmadığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]