Zərdabda qəza törədən avtomobilin sahibi danışdı: "Dahilər də ölür, hadisədir, olub da" VİDEO

27-10-2025, 11:08           
Zərdabda qəza törədən avtomobilin sahibi danışdı:
Zərdab rayonunda VAZ-2199 və "Range Rover" markalı avtomobillərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

TEREF APA TV-yə istinadla xəbər verir ki, qəza nəticəsində VAZ-2199-un sürücüsü Azər Abdullazadə həlak olub.

Hadisədən sonra "Range Rover" avtomobilinin sahibi açıqlama verərək bildirib ki, qəza zamanı sükan arxasında özü deyil, əmisi oğlu olub. O, ölən şəxslə bağlı isə aşağıdakıları deyib:

"Ölüm var, Allah rəhmət eləsin. İndi biz nə edək? Adam öldürməmişik ki. Qəzadır, olub. Dahi insanlar da dünyadan köçürlər".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]