Britaniyada həbsxanadan səhvən azad edilən miqrant beş dəfə geri qayıdıb

27-10-2025, 15:08           
Britaniyada həbsxanadan səhvən azad edilən miqrant beş dəfə geri qayıdıb
Efiopiyadan Böyük Britaniyaya gələn Haduşa Gerberslasi Kebatu yerli həbsxanaya düşsə də, səhvən azad edilib. O, beş dəfə geri qayıtmağa çalışıb, lakin bütün cəhdləri uğursuz olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Sentyabr ayında Britaniya məhkəməsi Kebatunu 14 yaşlı qıza və bir qadına cinsi təcavüz etməkdə günahkar bilib. Lakin cinayətkar səhvən azadlığa buraxılıb.

O, çaşqın vəziyyətdə müəssisənin yaxınlığında dayanıb, həbsxana işçiləri onu qatar stansiyasına yola salıblar. Miqrant beş dəfə geri qayıtsa da, o, həbsxana işçiləri tərəfindən qovulub.

Qeyd edək ki, Kebatunun cinayətləri Britaniyanın Eppinq şəhərində qanunsuz immiqrasiyaya qarşı kütləvi etirazlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]