Qalmaqallı Leslinin tələbəsi də həbsə göndərildi

28-10-2025, 00:06           
Qalmaqallı Leslinin tələbəsi də həbsə göndərildi
Moskva Tver Rayon Məhkəməsi, qalmaqallı “pikap-kouç” Aleks Leslinin (Aleksandr Kirillov) ardıcılı Aleksey Başin haqqında hökm çıxarıb.

Tribunaifo.az xəbər verir ki, Başin qadına qarşı qanunazidd əməllər törətməkdə təqsirli bilinərək, bir il altı ay müddətinə ümumi rejimli koloniyada azadlıqdan məhrum edilib.

O, iyun ayının 28-də saxlanılıb. İstintaq Komitəsindən verilən açıqlamada onun günahının zərərçəkənin, şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları ilə təsdiqləndiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]