Həyat yoldaşının başını keçəl edən şəxs saxlanıldı

Dünən, 11:14           
Həyat yoldaşının başını keçəl edən şəxs saxlanıldı
Sosial şəbəkələrdə kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qadının saçlarının keçəl edildiyi və təhqir olunduğu kadrlar yer alıb.

Qaynarinfo xəbər verir ki, həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]