Vüqar Məmmədov həbs edildi - kompüter və bəzi sənədlər götürülüb
30-10-2025, 15:46
Hüquq-müfahizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib. TEREF Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.