ABŞ-də iki sərnişin təyyarəsi TOQQUŞDU

2-11-2025, 11:54           
ABŞ-də iki sərnişin təyyarəsi TOQQUŞDU
ABŞ-nin Nyu-York şəhərində yerləşən “LaGuardia” hava limanında “United Airlines” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş-enmə zolağında toqquşub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı təyyarələrdən biri hərəkət etdiyi an digərinə çırpılıb.

Hadisə zamanı təyyarədə olan sərnişinlər yüngül sarsıntı hiss etsələr də, kapitan hadisəni elan edənədək bunun başqa təyyarə ilə toqquşma olduğunu bilməyiblər.

Toqquşmadan sonra hər iki təyyarə təhlükəsizlik məqsədilə terminala qaytarılıb. Ümumilikdə 328 sərnişin və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb.

Hazırda mütəxəssislər hadisənin səbəblərini araşdırır, həmçinin, təyyarələrdən birinə dəyən ziyanın miqyasını qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]