Rusiyanın neft kəməri partladılıb - VİDEO

2-11-2025, 00:12           
Rusiyanın neft kəməri partladılıb - VİDEO
Ukrayna Müdafiə Nazirliyinin xüsusi əməliyyatı nəticəsində Rusiyanın əsas hərbi obyekti - "Koltsevaya" neft kəməri sıradan çıxarılıb.

Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, rusların benzin, dizel və aviasiya yanacağının daşınması üçün istifadə etdiyi hər üç boru kəməri zamanda partlayıb.

Həmçinin neft kəmərindəki partlayışın videosu da yayımlanıb.

Qeyd olunur ki, "Koltsovoy" əsas neft kəmərinin uzunluğu 400 kilometrdir. Boru kəməri ilə nəql üçün yanacaq Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından gətirilirdi. Bu neft kəməri ildə 3 milyon tona qədər aviasiya yanacağı, 2,8 milyon tona qədər dizel yanacağı və 1,6 milyon tona qədər benzin daşıya bilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]