Rumıniyada tikinti zamanı Qədim Roma şəhərinin qalıqları üzə çıxdı

2-11-2025, 16:44           
Rumıniyada tikinti zamanı Qədim Roma şəhərinin qalıqları üzə çıxdı
Arxeoloji ekspedisiya qrupu Rumıniyanın Alba-Yuliya şəhərində Qədim Roma koloniyası olan Aureliya Apulensisin qalıqlarını aşkar edib.
G4media.ro saytı xəbər verir ki, tapıntılar imperator Trayanın hakimiyyəti dövrünə aiddir.

Məlumata görə, şəhərdə avtobus deposunun tikintisi aparılan zaman Trayanın dövrünə məxsus yaşayış məntəqəsinə aid binaların və küçələrin qalıqları müəyyən edilib. Arxeoloqların fikrincə, mükəmməl döşənmiş plitələr üzərində qədim şəhər hiss olunur. Tədqiqatçılar, həmçinin ərazidə varlı elitanın həyatına dəlalət edən yazılar tapıblar.

Arxeoloq Radu Ota vurğulayıb ki, bu yer ümumbəşəri dəyərə malikdir və Avropanın ən əhəmiyyətli abidələri sırasındadır.

Xəbərdə bilidirilir ki, Aureliya Apulensis koloniyası eramızın 107-108-ci illərində qurulub. Sözügedən yaşayış məntəqəsi Dakiya bölgəsinin əsas mərkəzlərindən biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]