Brüsselin (Belçika) Zaventem beynəlxalq hava limanı üzərində aşkarlanan naməlum dron səbəbindən bütün uçuşları dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə RTBF televiziya kanalı məlumat verib.
Məlumata görə, qərar təhlükəsizlik səbəbi ilə qəbul edilib.
Bildirilib ki, Brüsselə gedən bəzi reyslər Lyej hava limanına yönləndirilib. Lakin bir müddət sonra o da analoji səbəbdən fəaliyyətini müvəqqəti dayandırıb.
Bir müddət sonra dronlar gözdən itib və hər iki hava limanı uçuşları bərpa edib.