Bakkıda yol çökdü - VİDEO

6-11-2025, 08:48           
Bakkıda yol çökdü - VİDEO
Qısamüddətli yağışdan sonra paytaxtda yol çöküb.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, hadisə bugün səhər saatlarında Səbail rayonu Badamdar şossesi Əziz Nəzərov və Cavidan İbrahimov küçələrinin kəsişməsində baş verib.

Sakinlərin sözlərinə görə, ərazidə baş verən çökmə birinci dəfə deyil. Daha əvvəl də eyni yerdə oxşar hadisə baş verib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra dəqiq səbəb məlum olacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, sözügedən hadisə ilə bağlı aidiyyəti quruma məlumat verilib, ərazidə təhlükəsizlik tədbirləri görülüb. problemin aradan qaldırılması istiqamətində iş aparıldıqdan sonra, asfalt örtüyü bərpa ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]